Monthly Archives: March 2015

Fabius Cunctator, Fabian Cəmiyyəti və ReAl hərəkatı

Eradan əvvəl 280-203-cü illərdə yaşamış Romalı general
fabius maximus
Hanniballa döyüşdə uğur qazanmış Fabian strategiyasının banisidir.Bu strategiya döyüş meydanında döyüşmək əvəzinə düşmənə yaxın olub gözləməklə onu bezdirmə və qüvvədən salmanı nəzərdə tutur. Əsas məqsədi doğru zamanı gözləmək və həmin zaman ağır zərbə vurmaqdır. Fabi Maximinin ləqəbi olan “Cunctator” “gecikdirən”, “ləngidən” mənasında işlədilir.
1884-cü ilin yanvarında Londonda yaradılmış Fabian cəmiyyəti özünün mübarizə forması kimi Fabian strategiyasını seçmişdir. Cəmiyyət adının mənasını açıqladığı pamfletdə bu strategiyanı belə açıqlamışdır:

“For the right moment you must wait, as Fabius did most patiently, when warring against Hannibal, though many censured his delays; but when the time comes you must strike hard, as Fabius did, or your waiting will be in vain, and fruitless.”

Fabian cəmiyyəti əsasən Bernard Shaw, Cydney and Beatrice Webb kimi intellektuallardan ibarət idi. Sosializmi təbliğ etməklərinə baxmayaraq Karl Marksdan daha çox J.S. Millə daha yaxın idilər və inqilabi yoldan parlamentarizm yolunu üstün tuturdular. Bir siyasi partiya kimi heç bir zaman uğur qazana bilmədilər, hətta bir siyasi partiya belə ola bilmədilər və Leyborist partiyasına qatıldılar.
Cəmiyyətin simvolu da bu inkişafın gələcəyini anlamaq baxımından çox aydınlatıcıdır. Fabian_tortoise

Fabian Cəmiyyətinin yaranmasından 125 il sonra ölkəmizdə 2009-cu ilin Yanvar ayında bir qrup gənc intellektual və yeni nəsil siyasətçilər tərəfindən Respublikaçı Alternativ Hərəkatı (REAL)— təsis edilib. Təşkilatın yaranmasının əsas səbəbi “Azərbaycanda «bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə» qoyulan Ana Yasa qadağasının referendum vasitəsiylə ləğv olunmasına qarşı etiraz idi. Əsas məqsədi – Cümhuriyyətin bərpasıdır!”
Partiyalaşma yoluna qədəm qoyan partiya Fabian cəmiyyəti kimi çox ləng hərəkət edir. Bəlkə də onlar da doğru zamanı gözləyirlər?! Ancaq hansı zamanın doğru olmasını müəyyənləşdirmək çox çətindir. Partiyanın və ya Hərəkatın sədri, siyasi məhbus İlqar Məmmədov bu baxımdan daha çevik idi.
21 fevral devalvasiyasına adekvat cavab verə bilməməsi də bir doğru zamanın boşa verilməsi idi.
Doğru zamanın tez bir zamanda gəlməsini arzulayaraq bu yazımı burda bitirirəm.